11.09.2025
Hacıqabulda 21 avqust- 21 sentyabr Sülh aylığı ilə əlaqədar olaraq sülhun və insan hüquqlarının təbliğinə həsr olunan tədbir keçirilib.
Hacıqabul Tarix Diyarşünaslıq Muzeyində Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxana Sisiteminin 3 saylı şəhər kitabxana filialı ilə birgə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən tədbirdə sülhün və sabitliyin insan psixologiyasına təsiri barədə məlumat verilib. Vurğulanıb ki, inkişafın təməli olan sülh və sabitlik hər ölkədə onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir.