Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hacıqabulda ”Qəhrəman böyüdən analar” layihəsi davam edir.

14.10.2025

 

"Konstitusiya və Suverenlik ili" çərçivəsində Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin “Qəhrəman böyüdən analar” layihəsi davam etdirilir. Layihə çərçivəsində Mərkəzin əməkdaşları Şəhidimiz Ağamalıyev Şəhriyar Əvəz oğlunun ailəsini ziyarət ediblər.

Görüş zamanı şəhidimizin anası – Xanım ana ilə səmimi söhbət aparılıb, onun qürurla və eyni zamanda kövrəkliklə söylədiyi xatirələr dinlənilib. O, oğlunun uşaqlıqdan Vətənə, torpağa olan sevgisindən danışaraq bildirib ki, “Şəhriyarın ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpasını görmək idi.”

Hacıqabul rayon Heydər Əliyev Mərkəzi şəhid ailələrinə olan diqqət və ehtiramın davamlı olacağını vurğulayıb.