15.10.2025
Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Konstitusiya və Suverenlik ili” çərçivəsində "Milli ruhda tərbiyə yeni müstəvidə" layihəsi həyata keçirilib.
Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin dəstəyi ilə “Sosial Mədəni Dəyişikliklərin Öyrənilməsi” İctimai Birliyi “Milli ruhda tərbiyyə yeni müstəvidə” layihəsinin icrası ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Salyan rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhərrəm Məmmədov və layihə rəhbəri Hüseyn İbrahimov müasir dövrdə milli ruhda tərbiyyənin xüsusiyyətlərindən çıxış edərək milli ruhda tərbiyyənin daha effektiv artırılması üçün ailə, təhsil və sosial media institutlarının qarşılıqlı rolu metodlarının vəhdəti vacibliyindən danışıblar. Professor Kamran Behbudov milli ruhun milli ideologiya ilə əlaqəsi və tərbiyyənin vacibliyini hər zaman diqqətdə saxlanılması üçün mənəvi dəyərlərin rolunun və gənclərimizin həmin istiqamətdə maarifləndirilməsi haqqında məruzə etmişdir.
Salyan rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin sədri Nəbi İbrahimov, Şirvan-Salyan Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi Şamxal Əhmədov və Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva, Salyan rayon Heydər Əliyev Mərkəzinin numayəndəsi Könül Qafarova, rayon Ağsaqqallar Şurasının sədri Məhəmməd Ağayev, çıxış ediblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsində qələbəmizin əldə olunmasında milli ruhun, milli gücün böyük tarixi əhəmiyyətindən, onun daim qorunub saxlanılması üsullarından danışıblar.