Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şirvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib, sərgi açılıb.

23.06.2025

“Konstitusiya və Suverenlik İli” çərçivəsində dövlət qulluqçularının peşə bayramı münasibətilə Şirvan Şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib, Şirvan Dövlət Rəsm Qalereyası tərəfindən dərnək üzvlərinin rəsm əsərlərindən ibarət "Konstitusiyamız rəsmlərdə" adlı sərgi təşkil olunub.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları və şəhərdə fəaliyyət göstərən dövlət qurumlarında çalışan dövlət qulluqçuları iştirak ediblər.