
17.04.2026
15 aprel 2026-cı il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə şəhər 2 saylı tam orta ümumtəhsil məktəbində keçirilən açıq dərsdə “Zərifə Əliyeva: Azərbaycan qadınının qüdrəti və elmin zirvəsi” adlı mühazirə dinlənilib. Tədbir zamanı şagirdlərə Zərifə Əliyevanın həyat və elmi fəaliyyəti, tibb sahəsində qazandığı mühüm nailiyyətlər, həmçinin insanlara göstərdiyi yüksək diqqət və qayğı barədə geniş məlumat verilib.
16 aprel 2026-cı il tarixində Şirvan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Şirvan şəhər 16 saylı tam orta məktəbdə “Zərif ömür” adlı rəsm sərgisi nümayiş olunub. Sərgidə akademik Zərifə Əliyevanın həyat yolu və zəngin fəaliyyətini əks etdirən, sulu boya, quaş və qrafika üslubunda işlənən rəsm əsərləri təqdim olunub.